AMEA Radiasiya Problemləri İnstitutunun gənc alimi “İlin gənc alimi” müsabiqəsinin qalibi olub
Fev 03 , 2021 | 11:16 / Elmi müsabiqələr
Oxunma ( 2007 )

Bakı Dövlət Universitetində (BDU) 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirdə “İlin gənc alimi” müsabiqəsinin qalibləri elan olunub. Müsabiqə Komissiyasının qərarına əsasən Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi Həbibə Şirinova təbiət və texnika elmləri üzrə, Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti Aytəkin İbrahimova humanitar və ictimai elmlər üzrə ən yüksək nəticə göstərərək müsabiqənin qalibi olublar. Müsabiqənin qalibləri diplom  və hər biri 2 000 (iki min) manat pul mükafatı ilə, müsabiqədə ikinci nəticə göstərənlər - Kimya fakültəsinin Sənaye kimyası elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi, AMEA Radiasiya Problemləri İnstitutunun gənc mütəxəssisi Hacı Vahid Axundzadə və Filologiya fakültəsinin Türkoloji araşdırmalar elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi Pərvin Eyvazov isə diplomla təltif ediliblər.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.