Azərbaycan Televiziyasının yaranmasından 65 il ötdü
Fev 14 , 2021 | 08:00 /
Oxunma ( 986 )

Azərbaycan Televiziyası radiodan 30 il sonra – 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb. Bakıda televiziya mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanılıb. 1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanıb. İlk veriliş günü ekranda gənc aktrisa Nəcibə Məlikova görünüb. Çıxışını “Göstərir Bakı!” kəlməsi ilə açan Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik edib.

1971-ci il noyabrın 7-dən Azərbaycan televiziyası rəngli yayıma başlayıb. 2003-cü ilin sonlarından milli televiziyamız yeganə elektron informasiya vasitəsi idi ki, dünya efirinə 24 saat yayımla çıxıb. Hazırda Azərbaycan televiziyasının proqramları bütün dünyaya yayımlanır. Azərbaycan televiziyasına Avropada, Şimali Amerikada, bütün Asiya ölkələrində də baxmaq mümkündür.

Bakı Teleqüllə Kompleksi bu gün ölkənin əsas yayım mərkəzi hesab olunur. 310 metr hündürlüyü olan və nadir konstruksiyaya malik bu kompleks vasitəsilə yerli və bir çox xarici ölkələrin televiziya proqramları yayımlanır.

Biz də elmi ictimaiyyət, o cümlədən cəmiyyətin, Azərbaycan Milli Elmlər Akademiyasının avanqard qüvvəsi olan Gənc Alim və Mütəxəssislər Şurası asdından hər zaman gənc alim və mütəxxəssislərin fəaliyyətini işıqlandıran, onlara böyük informasiya dəstəyi verən AzTV başda olmaqla, bütün televiziya əməkdaşlarını yubiley münasibətilə ürəkdən təbrik edir və onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq. Bayramınız mübarək!

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.