AMEA Botanika İnstitutunun gənc mütəxəssisləri beynəlxalq vebinarda iştirak edib
Fev 17 , 2021 | 05:04 / Elmi müsabiqələr
Oxunma ( 1857 )

AMEA-nın Botanika İnstitutunun kiçik elmi işçisi Aydan Zeynalova və elmi işçisi Nigar Mürsəl qızı COMSTECH (İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə Daimi Komitəsi) tərəfindən Pakistanın paytaxtı İslamabadda təşkil olunmuş “A panel discussion on STEM - Women in the COVID-19 Pandemic” adlı vebinarda iştirak edib.

Vebinar “Qadınlar və qızlar elmdə” Beynəlxalq Gününə həsr olunub. Vebinar çərçivəsində COVID-19 pandemiyası ilə əlaqədar olaraq ortaya çıxan yeni fürsətləri və problemləri işıqlandırmaq üçün STEM-də (Elm, texnologiya, mühəndislik və riyaziyyat sahələri) qadın alim və çempionlardan ibarət müzakirə paneli təşkil edilib.

Ümumilikdə iclasa 170-dən çox alim qatılıb. Vebinarın sonunda Aydan Zeynalova və Nigar Mürsəl qızı COMSTECH-in ümumi koordinatoru, Prof. Dr. İqbal Çaudari tərəfindən sertifikata layiq görülüb.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.