AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənc Alimlər və Mütəxəssislər Şurasının idarə heyətinin iclası keçirilib
Fev 15 , 2021 | 05:06 / Mühüm hadisələr
Oxunma ( 2576 )

Bu gün AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənc Alimlər və Mütəxəssislər Şurasının idarə heyətinin zoom platforması vasitəsilə iclası keçirilib.İclasda Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev və şuranın idarə heyətinin üzvləri iştirak edib. İclası giriş sözü ilə şuranın sədri Fərid Mustafayev açıb və şuranın idarə heyətinə dəyişiklər edilməsi, üzvlərin vəzifə öhdəlikləri və cari məsələlər müzakirə edilib. İclasda şuranın idarə heyətinin hər bir üzvü gündəlikdə olan məsələlərin müzakirəsində maraqlı təkliflərlə çıxış edib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.