Fotos
AMEA Aşqarlar Kimyası İnstitutunda Xocalı Soyqırımının 29-cü ildönümü qeyd edilib
Fev 25 , 2021 | 09:00 / Mühüm hadisələr
Oxunma ( 1062 )

AMEA Aşqarlar Kimyası İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası, Azad Həmkarlar Təşkilatı və YAP Ərazi Təşkilatının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 29-cü ildönümünə həsr olunan onlayn tədbir keçirilib. ZOOM platforması üzrəindən baş tutan tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutun elmi işlər üzrə direktor müavini, k.e.d., dosent Əfsun Sucayev qeyd etdi ki, bu soyqırımın 29-cü ildönümünün ali baş komandan cənab İlham Əliyevin rəhbərli altında şanlı ordumuzun 44 gün davam edən II Qarabağ müharibəsindən sonra ərazilərin işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsi  və eyni zamanda Xocalıda şəhid olan günahsız vətəndaşlarımızın qisasının alındığı bir vaxta təsadüf edir: “Bundan sonrakı əsas hədəfimiz soyqırımın törədildiyi Xocalı şəhərində soyqırım qurbanlarına abidə ucaldılması və bu qanlı hadisənin öz ərazisindən dünyaya çatdırılması olacaq”.

İnstitutun Azad Həmkarlar Təşkilatının sədri, dosent Elxan İsakov və Gənc Alim və Mütəxəssislər Şurasının sədri, k.ü.f.d. Səbiyə Osmanova təqdimatla məruzə etdilər. Onlar bildirdilər ki, o xalqımızın başına XX əsrdə erməni vandalları, cəlladları tərəfindən  gətirilən bu qanlı, ağır faicədən 29 il ötməsinə baxmayaraq Xocalı soyqırımının ağrı və acısı heç vaxt unudulmamalıdır. Bu faciənin unudulmaması və tarixi həqiqətlərin dünya elmi ictimayyətinə çatdırılması hər kəsin, o cümlədən ixtisasından, peşəsindən aslı olmayaraq bütün ziyalıların vətəndaşlıq borcudur və hər birimiz üzərimizə düşən missiyanı layiqincə yerinə yetirməliyik.

Tədbirdə Xocalı Soyqırımı il bağlı videoçarx nümayiş etdirilib, institut əməkdaşları öz təəsüratlarının bölüşüblər.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.