Fotos
AMEA Gənc Alim və Mütəxəssislər Şurası üzvləri Xocalı soyqırımının 29-cu ildönümünü "Ana harayı" abidəsinin önündə qeyd ediblər
Fev 26 , 2021 | 04:28 /
Oxunma ( 1650 )

26 fevral Xocalı soyqırımı qurbanlarının xatirəsi günü kimi qeyd edilir. Bu münasibətlə digər ictimayyət nümayəndələri kimi AMEA Gənc alim və mütəxəssislər şurasının üzvləri "Ana harayı" abidəsini ziyarət ediblər.

Şura üzvləri faciənin 29-cu ildönümü ilə əlaqədar Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış bu abidənin önünə əklil və gül dəstələri düzüblər, soyqırım qurbanlarının xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.