Fotos
AMEA Botanika İnstitutunun əməkdaşları beynəlxalq vebinarda iştirak ediblər
Fev 26 , 2021 | 01:00 / Mühüm hadisələr
Oxunma ( 1596 )

COMSTECH (İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə Daimi Komitəsi) tərəfindən təşkil olunan "Favikovirin tarixi: Covid-19 müalicəsi üçün yerli dərmanın icadı” adlı vebinarda Botanika İnstitutunun rəhbərliyi və işçiləri iştirak ediblər. Təşkil olunmuş vebinarın məruzəçisi, Tibbi Elmlər və Texnologiya Elmi-Tədqiqat İnstitutunun Dərmanların Kəşfi və İnkişafı üzrə Tədqiqat Mərkəzinin direktoru, Prof. Dr. Mustafa Güzel olmuşdur. Tədqiqatçı öz çıxışında qısa müddətdə “Favikovir” preparatının uğur hekayəsi və yerli lisenziyalaşdırılması barədə məlumat verərək qeyd etdi ki, Covid-19-un müalicəsində istifadə olunan “Favipiravir” preparatının yerli sintezi Türkiyə Cumhuriyyətinin Səhiyyə Nazirliyi, Sənaye və Texnologiya Nazirliyi, Türk Elmi və Texniki Tədqiqat Şurası (TÜBİTAK), İstanbul Medipol Universiteti və Atabay Əczaçılıq şirkəti ilə əməkdaşlıq nəticəsində həyata keçirilmişdir. Yerli dərmanın sintezi cəmi 40 gün ərzində Prof. Dr. Mustafa Güzel və Zeynep Atabay tərəfindən koordinasiya edilən 32 nəfərlik qrup tərəfindən reallaşdırılmışdır. Vebinarın sonunda Botanika İnstitutun direktoru  b.e.d., akademik Validə Əli-zadə, elmi işlər üzrə direktor müavini, b.e.d., prof. Eldar Novruzov, kiçik elmi işçi Aydan Zeynalova və Aygün Bağırovaya COMSTECH-in ümumi koordinatoru, Prof. Dr. M. İqbal Choudhary tərəfindən sertifikat təqdim olunub.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.