AMEA Botanika İnstitutunun gənc tədqiqatçıları beynəlxalq təlimdə iştirak ediblər
Mart 01 , 2021 | 10:04 / Mühüm hadisələr
Oxunma ( 1490 )

AMEA Botanika İnstitutunun Mikologiya laboratoriyasının əməkdaşları Elnarə İsgəndərli və Yaqut Yusifova İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə Daimi Komitəsi (COMSTECH) tərəfindən təşkil olunan “Viral xəstəliklərin diaqnostikasında fundamental yanaşmalar” (“Fundamental techniques in viral diseases diagnostics”) adlı təlimdə iştirak ediblər. Dörd sessiyadan ibarət tədbirdə günümüzdə aktual olan viral xəstəliklərdən, COVID-19 virusu və ona qarşı təklif olunan peyvəndlərdən, eləcə də bu xəstəliklər zamanı səmərəli diaqnostika metodlarından bəhs olunub. Təlimdə fərqli ölkələrdən olan ekspertlər çıxış edərək viroloji sahədə əldə etdikləri təcrübəni paylaşıblar. Tədbirdə Çinin Wuhan Viroloji İnstitutundan prof. Di Liu,həmçinin Pakistanın Milli Virologiya İnstitutunun əməkdaşlarından Dr. Məhəmməd Rəşid  maraqlı çıxışları ilə seçiliblər. Çıxışlardan sonra iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında maraqlı diskusiyalar təşkil edilib, müzakirələr aparılıb. Tədbirin sonunda iştirakçılar sertifikatla təqdim olunub.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.