Fotos
AMEA Geologiya və Geologiya İnstitutunda Gənc Alimlər və Mütəxəssislər Şurasının hesabat-seçki yığıncağı keçirilib
Mart 04 , 2021 | 08:00 / Mühüm hadisələr
Oxunma ( 698 )

Geologiya və Geofizika İnstitutu (GGİ) Gənc Alimlər və Mütəxəssislər Şurasının hesabat-seçki yığıncağı keçirilib. Tədbiri giriş sözü ilə açan İnstitutun elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü Dadaş Hüseynov açaraq iştirakçıları gündəliklə tanış edib. Sonra iclası aparmaq üçün sədr və katib seçilib.
GGİ Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov Şuraya rəhbərlik etdiyi dövr ərzində həyata keçirilən işlər haqqında geniş məlumat verib. Natiq təqdimatında Şuranın funksiyası, strukturu, məsuliyyəti, fəaliyyət istiqamətləri və s. ilə bağlı müfəssəl danışıb. Geniş interaktiv müzakirələr bitdikdən sonra hesabata münasibət bildirmək üçün çıxışlar dinlənilib və çoxsayli suallar cavablandırılıb.
Sonra iclasın gündəliyinə uyğun olaraq Gənc Alimlər və Mütəxəssislər Şurasının yeni tərkibinin formalaşdırılması məsələsi müzakirə olunub. Şuraya səsvermə yolu ilə yeni üzvlər, sədr və elmi katib seçilib.

İnstitutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov Gənc Alimlər və Mütəxəssislər Şurasına son 10 il ərzində sədrlik etmiş fəlsəfə doktoru, dosent Orxan Abbasova səmərəli fəaliyyətinə görə İnstitutun rəhbərliyi adından təşəkkür edib. Direktor müavini həmçinin seçilmiş yeni sədr - Neftli-qazli hövzələrin litogenezi şöbəsinin əməkdaşi Fatma Süleymanovanı təbrik edərək başçılıq edəcəyi Şuraya uğurlar arzulayıb.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.