AMEA Botanika İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub
Mart 06 , 2021 | 08:22 / Mühüm hadisələr
Oxunma ( 961 )

AMEA-nın Botanika İnstitutnda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Elmi şura və Qadınlar şurasının birgə onlayn iclası keçirilib.  

Tədbiri İnstitutun direktoru, akademik Validə Əlizadə açaraq müəssisənin xanım əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edib. V.Əlizadə qadınların cəmiyyətdəki rolundan danışaraq qeyd edib ki, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Diqqətə çatdırılıb ki, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Dahi rəhbər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırır, onların hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradırdı. Bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi isə Azərbaycan qadınlarının məsuliyyətini daha da artırır.

Tədbirdə b.e.d. professor Səyyarə İbadullayeva, b.e.d. Dilzarə Ağayeva, b.ü.f.d. Xuraman Xəlilova, b.ü.f.d. Pərvanə Qaraxani, b.ü.f.d. Rəşad Səlimov, İnstitutun, ümumi işlər üzrə direktor müavini İmran Babayev, həmçinin MNB-in direktoru, b.e.d. Vahid Fərzəliyev çıxış edərək qadınları bu gün münasibətilə təbrik edib, Azərbaycan qadınlarının ictimai-siyasi və elm sahəsində əldə etdiyi nailiyyətlərindən  bəhs ediblər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.