Fotos
“Elm günü”nə həsr olunan “Ətraf mühitin problemləri və onun qorunub saxlanması strategiyası: gələcəyə baxış” mövzusunda Elmi-Praktiki Konfransın Materialları çap olunub
Mart 09 , 2021 | 09:46 / Elmi nəşrlər
Oxunma ( 1635 )

2020-ci il 17 iyun tarixində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə tələbə, magistr, doktorant və dissertantların onlayn rejimdə elmi-praktik konfransı keçirilib. Qeyd edək ki, Elmi-praktiki konfransın keçirilməsi şərtləri və tezislərin hazırlanmasına qoyulan tələblər elan formasında əvvəlcədən sosial şəbəkələrdə işıqlandırılmışdır. “Ətraf mühit problemləri və onun qorunub saxlanması strategiyası: gələcəyə baxış” mövzusunda təşkil olunan bu elmi tədbir “Elm günü”nə həsr olunmuş və COVİD-19 pandemiyası ilə əlaqədar karantin qaydalarına əməl olunaraq baş tutmuşdur. Tələbə, magistr, doktorant və dissertantlar üçün ixtisaslaşmış belə bir konfransın keçirilməsinin məqsədi AMEA-da doktorantura (dissertantura) ilə yanaşı magistratura təhsilini də böyük elmin astanası kimi xarakterizə etmək, bu kimi tədbirlərin gənc tədqiqatçılar arasında elmi əlaqələrin inkişafına zəmin yaratmaq, AMEA magistrantlarının timsalında elm yolunda yenicə addım atmağa başlayan bütün gənclərə elm və təhsil fəaliyyətində uğurları artırmaqdan ibarətdir. Postpandemiya dövründə keçirilən və “Elm günü”nə həsr olunan elmi-praktiki konfransa 53 tezis müraciətlə qəbul olunmuş və  onlayn konfransda bu mövzular ətrafında maraqlı müzakirələr aparılıraq, çıxışçıların məruzələri böyük maraq ilə dinlənilmişdir. AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən təşkil olunan “Elm günü”nə həsr olunan tələbə, magistr və doktorantlar (dissertantlar) arasında keçirilən “Ətraf mühitin problemləri və onun qorunub saxlanması strategiyası: gələcəyə baxış” mövzusunda Elmi-Praktiki Konfransın Materialları çap olunub. http://www.issa.az/index/jurnallar/ Konfrans Materialları çap olunduqdan sonra hər bir iştirakçıya təqdim olunub.

“Elm günü”nə həsr olunan belə elmi-praktiki konfransların təşkili ölkəmizdə savadlı, yüksəkixtisaslı gənclərin yetişməsində, onların elmə cəlb olunmasında, potensiallarının üzə çıxarılmasında, aqrar və digər sahələrin inkişafında böyük əhəmiyyət daşıyır.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.