Fotos
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
Mart 09 , 2021 | 09:53 / Mühüm hadisələr
Oxunma ( 1950 )

5 mart 2020-ci il   AMEA Torpaqşünaslıq və Aqrokimya  İnstitutunda 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Gənc Alim və Mütəxəssislər Şurası  və Həmkarlar İttifaqı Komitəsi  təşkilatçılığı ilə zoom proqramı vasitəsi ilə online tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun   direktoru, akademik Qərib Məmmədov  İnstitutun qadın əməkdaşlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Daha sonra akademik Qərib Məmmədov  Azərbaycan Milli Elmlər Akademiyasının  elmi və ictimai həyatında səmərəli fəaliyyətinə görə və 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə İnstitutun Qadınlar Şurasının sədri, a.e.f.d. Əminə Axundova və b.f.d. Nərgiz Həkimovaya AMEA Biologiya və Tibb Elmləri Bölməsinin Fəxri Fərmanını  təqdim  edib.

  Tədbirdə  çıxış edən İnstitutun elmi işlər üzrə direktor müavini a.e.f.d Qoşqar Məmmədov Azərbaycan qadınının ölkənin   ictimai həyatında, eləcə də sosial, iqtisadi, siyasi, elmi və mədəni proseslərdə fəal iştirakının önəmini qeyd edərək, xanımları ürəkdən təbrik edib. AMEA Torpaqşünaslıq və Aqrokimya  İnstitutunun HİK-in sədri a.e.d Məmməd Məmmədov qadınları təbrik edərək Azərbaycan cəmiyyətində qadınların fəallığı ilə fəxr etdiyini  qeyd edib. Təbriklərə qoşulan Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev, a.e.d, Mustafa Mustafayev, a.e.f.d Əminə Axunovaqadınları Beynəlxalq Qadınlar Günü münasibətiləürəkdən təbrik edib, onlara möhkəm cansağlığı, xoşbəxtlik, şərəfli işlərində uğurlar arzulayıb.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.