AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “Elm Günü”nə həsr edilmiş Beynəlxalq Elmi-Praktiki Konfrans keçiriləcək
Mart 17 , 2021 | 03:41 / Mühüm hadisələr
Oxunma ( 2343 )

AMEA  Tor­paqşünaslıq və Aqrokimya İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının təşkilat­çılığı ilə 3-4 iyun 2021-ci il  “Elm Günü”nə həsr edilmiş “Aqrosenoz­ların torpaq-ekoloji problemləri və onların həlli yolları” mövzusunda Beynəl­xalq Elmi-Praktiki Konfrans keçiriləcək. Konfransın keçirilməsində məqsəd elmi tədqiqatların təqdimatı, müzakirəsi və qarşılıqlı məlumat mübadiləsidir. Elmi-Praktiki Kon­frans ilə əlaqədar materiallar məqalə forma­sında qəbul edilir. Məqalələrin həcmi 5 səhifədən artıq olmamalı və elektron variantı anas.conference.21@gmail.com ünvanına göndərilməlidir. Məqalələr 15 may 2021-ci il tarixə qədər qəbul ediləcəkdir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.