Fotos
BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri istehsalat təcrübəsini uğurla keçirlər
Mart 13 , 2021 | 06:00 / Mühüm hadisələr
Oxunma ( 1614 )

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu Bakı Dövlət Universiteti ilə təhsil və elmin inteqrasiyası çərçivəsində əməkdaşlığını davam etdirir. Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin torpaqşünaslıq və aqrokimya ixtisasının IV kurs tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda istehsalat təcrübəsinə başlayıb.

Tələbələr təcrübə zamanı ayrı-ayrı laboratoriyalarda torpaq və su analizlərinin gedişatı ilə, müxtəlif cihazların iş prinsipləri ilə tanış olub, analitik işlərdə iştirak edirlər. Təcrübə müddətində tələbələr əldə etdikləri biliklər üzrə qeydlər aparır, gün ərzində görülən işlər haqqında məlumatları gündəliklərində əks etdirirlər. İstehsalat təcrübəsi tələbələrin əldə etdikləri bilik və bacarıqların elmdə tətbiqinə yiyələnməsinə, yüksəkixtisaslı elmi kadrların hazırlanmasına xidmət edir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.