Fotos
AMEA Radiasiya Problemləri İnstitutunda “Elm günü” ilə bağlı vebinar təşkil olunub
Mart 19 , 2021 | 03:00 / Mühüm hadisələr
Oxunma ( 1191 )

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun Həmkarlar Təşkilatı, İnstitutun Qadınlar Şurası və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə 27 mart – “Elm günü”nə həsr olunmuş vebinar təşkil olunub.

Tədbirdə çıxış edən Radiasiya Problemləri İnstitutunun icraçı direktoru və İnstitut Qadınlar Şurasının sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva əvvəlcə kollektivi xalqımızın milli bayramı – Novruz bayramı münasibəti ilə təbrik edib. Daha sonra “Elm günü”nün tarixi və hüquqi əsasları, eləcə də Radiasiya Problemləri İnstitutunun Azərbaycan elminə tövhələrindən bəhs edən R.Mehdiyeva İnstitutda aparılan elmi tədqiqatların nəticələri, mövcud cihaz və avadanlıqlar, həmçinin kadr potensialı haqqında məlumat verib. R.Mehdiyeva çıxışının sonunda elmi və ictimai fəaliyyətinə görə İnstitutun 3 nəfər doktorant və dissertantının Qadınlar Şurası tərəfindən Fəxri Fərmanla təltif edildiyini diqqətə çatdırıb.

Daha sonra çıxış edən Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov, RPİ-nin Həmkarlar Təşkilatının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Əminə Mikayılova və digər natiqlər İnstitut əməkdaşlarını Novruz bayramı münasibəti ilə təbrik edib, “Elm günü” və bu günün əhəmiyyəti, eləcə də gənclərin elmi və ictimai fəaliyyəti haqqında fikirlərini bölüşüblər.

Sonra Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən də İnstitutun iki gənc əməkdaşının  “Elm günü” münasibəti ilə Fəxri Fərmanla təltif edildiyi bildirilib.

Qeyd edək ki, sözügedən vebinarda institutun fəaliyyətini əks etdirən onlayn sərgi nümayiş olunub.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.