AMEA Zoologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının yeni tərkibi formalaşıb
Mart 19 , 2021 | 11:40 / Mühüm hadisələr
Oxunma ( 1557 )

AMEA-nın Zoologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının onlayn iclası keçirilib.

İclası giriş sözü ilə açan institutun direktor v.i.e., aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

İclasın gündəliyinə müvafiq olaraq Gənc Alim və Mütəxəssislər Şurasının yeni tərkibinin formalaşdırılması barədə müzakirələr aparılıb. Şuraya səsvermə yolu ilə yeni sədr, sədr müavini və katib seçilib.

Yeni sədr elmi işçi Leyla Həsənova, sədr müavini kiçik elmi işçi Nigar Mehdiyeva və katib böyük laborant Xatirə Qəhrəmanlı onlara göstərilən etimadı doğruldacaqlarını bildiriblər.

Sonda Ələddin Eyvazov, elmi işlər üzrə direktor müavini, b.e.d. Elşad Əhmədov, elmi katib, b.ü.f.d. Sara Əliyeva və b.ü.f.d. Səbinə Bünyatova şuranın yeni tərkibindəki bütün üzvlərə, elecə də şuranın yeni idarə heyətinə fəaliyyətlərində uğurlar arzulayıblar.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.