Fotos
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elm gününə həsr olunmuş tədbir keçirilib
Mart 29 , 2021 | 01:00 / Mühüm hadisələr
Oxunma ( 2483 )

27 mart 2021-ci il AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda  Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Elm gününə həsr olunmuş online tədbir keçirilib. Tədbiri giriş sözü ilə İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev açıb. F.Mustafayev   tədbir iştirakçılarını bu əlamətdar gün münasibəti ilə təbrik edərək, “Elm günü”nün xüsusi əhəmiyyətə malik olduğu qeyd edib. 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Resublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb. Bu gün resublikamızda elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması istiqamətində bir sıra mühüm qərarların qəbul edilməsi ən vacib və aktual məsələlərdəndir. Həmçinin Fərid Mustafayev əlavə edib ki,  AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə İnstitutlarda məktəblilərlə görüş, açıq qapı günləri, müxtəlif layihələr və elmimizin nailiyyətlərini, yeni innovasiyaları nümayiş etdirmək, elmin təbliğinə nail olmaq, cəmiyyətdə elmə olan marağı artırmaq, həmçinin elm-təhsil-istehsalat arasında əlaqələri gücləndirmək məqsədi   ilə bir sıra elmi-praktiki tədbirlər keçirilib. Tədbirdə  çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin  3-cü  Biotəhlükəsizlik səviyyəli Mərkəzi  Referens laboratoriyasının direktoru  a.e.ü.f.d. Şəlalə  Zeynalova  tədbir iştirakçılarını elm günü münasibəti ilə təbrik edərək iki müəssisə arasında elmi inteqrasiyanın əhəmiyyətini vurğulayıb. Daha sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının idarə heyətinin  üzvü Nigar Mehdiyeva tədbir iştirakçılarını təbrik edərək elmi fəaliyyətlərində uğurlar arzu edib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.