AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənc Alimlər və Mütəxəssislər Şurasının  idarə heyətinin online  iclası keçirilib
Apr 09 , 2021 | 02:00 / Mühüm hadisələr
Oxunma ( 2197 )
Bu gün AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənc Alimlər və Mütəxəssislər Şurasının online iclası keçirilib. Şuranın yeni tərkibinin müəyyənləşdiriməsi məqsədi ilə keçirilən tədbirdə  Torpaqşünaslıq və Aqrokimya İnstitutunu Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev və şuranın idarə heyətinin  üzvləri iştirak edib.İclası giriş sözü ilə açan Fərid Mustafayev idarə heyətinə yeni üzvlərin seçilməsi və sədr müavininin  müəyyənləşdirilməsi barədə tədbir iştirakçılarına məlumat verib. İnstitutun  Gənc Alim və Mütəxəssislər Şurasının idarə heyətinə   3 yeni üzv İlahə Məmmədova, Əli Gözəlzadə, Nuranə Yüzbaşova və sədr müavini olaraq Nərmin Şərifova seçilib.Ümumilikdə idarə  heyəti 11 nəfər müəyyənləşdirilib.  Yeni təyin olunan gənc alimlər özləri haqqında tədbir iştirakçılarına məlumat veriblər. Daha sonra iclasda 3-4 iyunda keçirilməsi nəzərdə tutulan  “Aqrosenozların torpaq-ekoloji problemləri və onların həlli yolları” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfransın təşkilində  görüləcək işlər geniş müzakirə olunub 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.