
Apr 22 , 2021 | 06:00 /
Bu gün AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının əməkdaşları Hərbi Qənimətlər Parkında olublar. Gənc alimlər 44 günlük Vətən müharibəsi dönəmində müzəffər ordumuzun düşməndən qənimət götürdüyü texnika, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlarla ilə tanış olublar. Parkdakı eksponatların arasında Azərbaycan Silahlı Qüvvələrinin azad olunan ərazilərdə qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanları, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərin raket zərbələrinə məruz qalması, Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Həmçinin Hərbi Qənimətlər Parkındaİkinci Qarabağ Müharibəsi zamanı qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.