Doktorantların və gənc tədqiqatçıların XXIV Respublika elmi konfransı keçiriləcək
Apr 22 , 2021 | 10:11 / Mühüm hadisələr
Oxunma ( 1044 )

23-24 noyabr 2021-ci il tarixlərində doktorantların və gənc tədqiqatçıların XXIV Respublika elmi konfransı keçiriləcək. 

Böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilən konfrans gəncləri elmi yaradıcılığa fəal surətdə cəlb etmək və  onların apardıqları elmi tədqiqatların nəticələrinin müzakirəsini təşkil etmək məqsədilə keçirilir.

Konfransın istiqamətləri aşağıdakılardır:

- Təbiət elmləri (riyaziyyat, fizika, mexanika, kimya, biologiya, tibb, ekologiya, yer haqqında elmlər);

- Texnika elmləri (texniki qurğular və texnologiyalar, kompüter elmləri, elektronika, avtomatlaşdırma, maşınqayırma, nəqliyyat);

- Sosial-humanitar elmlər və iqtisadiyyat (sosiologiya, politologiya, kulturologiya, hüquq, tarix, dilçilik, ədəbiyyatşünaslıq, psixologiya, pedaqogika, iqtisadiyyat). Qeyd edək ki, konfransda təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində fəlsəfə doktorları proqramı üzrə  təhsil alan doktorantlar və tədqiqatçılar, o cümlədən  əcnəbi doktorant və dissertantlar iştirak edə bilərlər. Konfrans iştirakçıları ali təhsil müəssisələri tərəfindən seçilir. Hər iştirakçı yalnız bir məruzə təqdim edə bilər.

Doktorantların və gənc tədqiqatçıların XXIV Respublika elmi konfransının keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.