"Gənc tədqiqatçı" jurnalının 2021-ci il üzrə ilk sayı çap olunub
May 04 , 2021 | 01:00 / Elmi nəşrlər
Oxunma ( 2497 )

Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının elmi dərgisi olan "Gənc tədqiqatçı" jurnalının 2021-ci il üzrə VII cild №1 işıq üzü görüb. Bu nömrəyə Akademiyanın bütün elmi bölmələri üzrə gənclərin fundamental və tətbiqi əhəmiyyətli məqalələri daxil edilib (https://gencalimler.az/uploads/Genc_Tedqiqatci_2021_N1.pdf)

Məlumat üçün bildirək ki, "Gənc tədqiqatçı" jurnalı AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəlsəfə və elmlər doktorluğu dissertasiya işlərinin əsas nəticələrinin çap olunması üçün tövsiyə etdiyi jurnallar siyahısına daxil edilmişdir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.