Ümummilli lider Heydər Əliyevin Azərbaycanda aqrar sahənin formalaşmasında rolu
May 10 , 2021 | 08:40 / Müsahibələr, çıxışlar
Oxunma ( 2033 )

Ümummilli lider Heydər Əliyevin həm keçmiş sovetlər dönəmində, həm də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi aqrar sahədə də ciddi islahatlar aparılmışdır. Bunun nəticəsində isə resurslardan məqsədyönlü və səmərəli istifadə təmin olunub, sahənin dayanıqlı inkişafı üçün əsaslı baza yaradılıb. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda davam etdirilən uğurlu aqrar siyasət nəticəsində ölkə iqtisadiyyatında kənd təsərrüfatı xüsusi yerə sahib olub.

Tarixə nəzər salsaq görərik ki, dahi şəxsiyyət Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi ilk dövrlərdə - 1969 – 1982 - ci illər ərzində respublikamız SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrildi. Bu isə isə ulu öndərin gördüyü strateji tədbirlərin və həyata keçirdiyi islahatlar fonunda respublikamızın sürətlə inkişafı nəticəsində baş verdi. Görülən tədbirlərin hesabına tənəzzül meyilləri sona çatdı və respublikamızın sosial - iqtisadi inkişafı baş verdi. Həmçinin 1991 - ci ildən davam edən kənd təsərrüfatı məhsulları istehsalında tənəzzülə 1996-cı ildən başlayaraq son qoyuldu və ildən - ilə artıma nail olundu.  Heydər Əliyevin həyata keçirdiyi siyasi, təşkilati tədbirlər, eyni zamanda aqrar islahatların aparılması və görülən digər işlər tezliklə öz bəhrəsini verməyə başladı. Və nəticədə isə aqrar sahədə dönüş yaranmağa başladı. Ulu öndər hər zaman aqrar islahatların vacibliyini xüsusi vurğulayaraq,: “Aqrar bölmədə iqtisadi islahatlar aparmaq, mülkiyyət formasını dəyişmək, torpaq islahatı keçirmək, sərbəst iqtisadiyyata geniş yol açmaq respublikamızın həyatında çox mühüm, eyni zamanda, son dərəcə əhəmiyyətli, məsuliyyətli və taleyüklü məsələdir” deyə qeyd edirdi. Heydər Əliyev sosial ədalətə söykənən prinsiplər əsasında formalaşdırdığı ölkənin aqrar -  iqtisadi siyasətinin müəllifi idi. Onun 1993 - 2003-cü illərdə imzaladığı fərman və sərəncamlar ilə qanuniləşdirilən, düzgün şəkildə həyata keçirilən aqrar siyasətin nəticəsi Azərbaycanda aqrar sahənin gündən - günə inkişafına səbəb oldu. Bu gün ulu öndərin ölkəmizə bəxş etdiyi, respublikanın kənd təsərrüfatının inkişafında mühüm nailiyyətlər qazanmasına səbəb olan islahatlar həm vətəndaşların, həm də respublikamızın siyasi və iqtisadi həyatında təkzib edilməz nailiyyətlərə yol açdı.

Yuxarıda qeyd olunanlar bir daha onu göstərir ki, Azərbaycanın firavan gələcəyinə xidmət edən aqrar islahatlar Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Cənab Prezident İlham Əliyev tərəfindən böyük əzmkarlıqla, uğurla davam etdirilir. Prezidentin aqrar sahəyə göstərdiyi daimi diqqət və qayğı, eyni zamanda imzaladığı son fərman və sərəncamlar nəticəsində kənd təsərrüfatının bütün sahələri dinamik inkişaf edir, köklü dəyişikliklər baş verir və zəruri potensialın formalaşdırılması üçün məqsədyönlü tədbirlərin icrası həyata keçirilir.

 

Günel MƏMMƏDOVA

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işçisi

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.