Gənc alimin məqaləsi nüfuzlu xarici jurnalda dərc olunub
May 19 , 2021 | 02:33 / Elmi nəşrlər
Oxunma ( 1904 )

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun gənc alimi fizika üzrə fəlsəfə doktoru Günel İmanovanın “Radiation-thermocatalytic and thermocatalytic properties of n-ZrO2-n-SiO2 systems in the process of obtaining hydrogen from water at different temperatures” adlı məqaləsi  ELSEVIER redaksiyasının çap etdiyi Web of Science; SCOPUS bazalarına, həmçinin, Emerging Sources Citation Index (ESCI) bazasına daxil olan 2.463 impakt faktorlu “Journal of Molecular Structure” Beynəlxalq jurnalında dərc olunub.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.