Fotos
AMEA Radiasiya Problemləri İnstitutunun gənc alimi Moldova nəşriyyatının Redaksiya Heyətinə üzv seçilib
May 19 , 2021 | 02:38 / Elmi nəşrlər
Oxunma ( 1943 )

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun gənc alimi fizika üzrə fəlsəfə doktoru Günel İmanova  Moldova Respublikasının bütün elm sahələrini əhatə edən Generis-Nəşriyyatının (kitab) redaksiya heyətinə üzv seçilib. (https://www.generis-publishing.com/about.php)

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.