Fotos
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları könüllü qanvermə aksiyasında iştirak ediblər
May 18 , 2021 | 07:00 /
Oxunma ( 1785 )

Azərbaycan Milli Elmlər Akademiyasının  Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü ilə institutun əməkdaşları “Qan ver, can qurtar!” devizi altında könüllü qanvermə aksiyasında iştirak ediblər. Qanvermə aksiyası 44 günlük vətən müharibəsində iştirak etmiş, Azərbaycan Respublikasının bütövlüyü uğrunda  canlarını qurbanverməyə hazır olan qazilərimizə  yardım məqsədi ilə təşkil olunub.  Qeyd edək ki. aksiyada Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı əvvəlcədən qan analizi aparılmaqla müəyyənləşdirilib və qan götürülüb.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.