AMEA-nın Ümumi yığıncağı keçiriləcək
May 24 , 2021 | 04:33 / Mühüm hadisələr
Oxunma ( 1494 )

27 may 2021-ci il tarixində saat 12:00-da AMEA Rəyasət Heyətinin böyük konfrans zalında hibrid rejimdə Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçiriləcək.

Tədbirdə AMEA-nın həqiqi üzvləri fiziki, müxbir üzvləri və digər dəvət olunan şəxslər isə onlayn rejimdə iştirak edəcəklər.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.