Fotos
GƏNC MAGİSTRLƏRİN ELMİ-TƏDQİQAT İŞLƏRİNİN MÜZAKİRƏSİNƏ HƏSR OLUNAN ELMİ SEMİNAR KEÇİRİLİB
May 27 , 2021 | 02:48 / Mühüm hadisələr
Oxunma ( 1781 )

Gənclərin elmi-tədqiqat işləri üzrə ixtisaslarını təkmilləşdirərək onları istiqamətləndirmək məqsədilə Geologiya və Geofizika İnstitutunda (GGİ) fəaliyyət göstərən “Gənc alim və mütəxəssislərin elmi seminarı” çərçivəsində elmi seminar keçirilib.
Tədbiri GGİ Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fatma Suleymanova giriş sözü ilə açaraq iştirakçıları ənənəvi seminarın gündəliyi ilə tanış edib. Bildirilib ki, magistrlərin edəcəkləri məruzələrin indiki geniş platformada müzakirəsi magistr dissertasiyalarının müdafiəsinə hazırlıq məqsədi daşıyır.
Sonra İnstitutda magistratura təhsili alan II kurs gənclərinin yerinə yetirdikləri dissertasiya elmi işlərinin nəticələrinə dair təqdimatlar dinlənilib.
Tədbirdə “Seysmologiya və geomaqnetizm” şöbəsinin böyük laborantı Yaşar Əliyevin, “Çöküntü hövzələrinin geokimyası və flüid dinamikası” şöbəsinin böyük laborantı Samir Zeynalovun və “Paleofloristika” sektorunun böyük laborantı Elşən Abdullayevin məruzələri maraqla dinlənilib, çoxsaylı suallar cavablandırılıb, həmçinin gələcək alimlərə apardıqları tədqiqatlarla bağlı tövsiyələr səsləndirilib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.