İyn 04 , 2021 | 04:00 / Mühüm hadisələr
İyunun 3-4-ü AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı Elm Günü”nə həsr edilmiş “Aqrosenozların torpaq-ekoloji problemləri və onların həlli yolları” mövzusunda online Beynəlxalq Elmi-Praktiki konfransı keçirilib. Tədbirin əvvəlində Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canından keçmiş şəhid əsgər və zabitlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev açıb. Gənc Alim F.Mustafayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 mart “Elm Günü” nün qeyd edilməsin barədə 9 aprel 2018-ci il tarixli Sərəncamının dövlət başçısının Azərbaycan elminə göstərdiyi diqqət və qayğı ilə yanaşı, həm də onun elm amilinin ölkədə hərəkətverici qüvvəyə çevrilməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü dövlət siyasətinin tərkib hissəsi olduğunu qeyd edib.
Konfrans haqqında qısa məlumat verən şura sədri qeyd edib ki, konfransa elan üzrə 86 konfrans materialı daxil olub. Daha sonra çıxış edən konfransın təşkilat komitəsinin üzvü Ryazan Dövlət Aqrotexnologiya Universitetinin professoru Yuriy Majayskiy konfransın təşkilindən məmnunluğunu ifadə edib. Korkut Ata adına Qızılordu Dövlət Universitetinin professoru İbadulla Tayutinov beynəxalq konfransın mövzusunun vacibliyini vurğulayıb və tədbirin əhəmiyyətini qeyd edib. Beynəxalq konfransda daha sonra təşkilat komitəsinin üzvləri Orta Asiyada və Zaqafqaziyada İCBA-nın koordinatoru, Tottori Universitetinin professoru Kristina Toderiç və İnstitutunun Torpaqların aqroekologiyası və bonitirovkası şöbəsinin Torpaq ekologiyası beynəlxalq laboratoriyasının müdiri, b.e.ü.f, dosent Zaman Məmmədov çıxış edib. Tədbir konfrans iştirakçılarının məruzləri ilə 4 iyun tarixində də davam edib. Konfransda A. Əhmədova “Damcılarlarla suvarmanın torpaqların su-fiziki xassələrinə təsiri”, İ.Əliyeva “Gəncə Gəc zavodu ərazisində ekoloji monitorinq sisteminin təşkili”, K. Əliyeva “Abşeronda tərəvəzaltı torpaqların müasir ekoloji səciyyəsi”, T. İslamzadə “Gübrələrin norma və nisbətlərinin çəltik dəninin bəzi keyfiyyət göstəricilərinə təsiri”, Воротынцева Л.И “Орошение как один из факторов повышения продуктивности агроценозов в условиях засушливости климата”, Левшунов И.А. “Поверхностный сток как фактор водной эрозии почв северо-восточной части Беларуси” və b. gənc alim maraqlı,aktual mövzulu məruzələrlə çıxış ediblər.
Konfransın sonunda Fərid Mustafayev qeyd edib ki, AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbiü üzvü,professor Əlövsət Quliyev müəyyən üzrlü səbəblərdən tədbirdə iştirak edə bilməsə də konfrans iştirakçılarına və təşkilat komitəsinin üzvlərinə öz təşəkkürünü bildirir. F.Mustafayev öz növbəsində konfransın moderatoruna və iştirakçılarına tədbirdə aktiv iştirakları üçün təşəkkür edərək qeyd edib ki,belə tədbirlərin keçirilməsi gənc alimlər arasında elmi əlaqələrinin gücləndirilməsində böyük rol oynayır.