Fotos
Gələcəyin alimləri İNTOC GLOBAL Beynəlxalq Elm müsabiqəsində gümüş medal qazanıblar
İyn 09 , 2021 | 05:19 /
Oxunma ( 1389 )

29 may - 5 iyun 2021-ci il tarixlərində Türkiyədə 21 ölkə və 186 finalistin iştirakı ilə keçirilən İNTOC GLOBAL Beynəlxalq Elm müsabiqəsində Azərbaycanı Bakı Avropa litseyinin 10-cu sinif şagirdləri Əhmədova Aydan və Hacıyev Rauf təmsil etmişdir. Gənc tədqiqatçılarin AMEA Radiasiya Problemləri İnstitutunun İnnovativ İonlaşdırıcı Şüa Qəbulediciləri laboratoriyasının əməkdaşı Heydərov Namiqin rəhbərliyi ilə  hazırladıqları "Online Radioekoloji Monitorinq Sistemi" layihəsi həmin müsabiqədə GÜMÜŞ MEDALA layiq görülmüşdür.

Məlumat üçün bildirək ki, 2019-cu ilin sentyabr ayından laboratoriyanın əməktaşları ilə işləyən gənc tədqiqatçılarımız 14-18 dekabr 2020 –ci il tarixlərində Türkiyənin İzmir şəhərində keçirilən “BUCA IMSEF Beynəlxalq Musiqi və Elm Müsabiqəsi”nin final mərhələsində dünyanın 24 ölkəsindən 74, Türkiyənin isə 27 şəhərindən 90 layihə içində QIZIL MEDALA layiq görülmüşlər. Tədqiqat işlərini təkmilləşdirən bu balaca alimlər 2021-ci ilin fevral ayında “Sabahın alimləri” X Respublika müsabiqəsinə  “ Onlayn və məsafədən radioekoloji moniyorinq sisyemi” layihəsi ilə qatılaraq 3-cu yerə, 10-12 aprel 2021-ci il tarixlərində İndoneziyada keçirilən "YİSF" Gənc Alimlərin Beynəlxalq Elm müsabiqəsində 100 –dən çox finalist arasında isə 1-ci yerə və QIZIL MEDALA layiq görülmüşlər. Bu münasibətlə gənc alimlərimizi və inistitut kollektivini ürəkdən təbrik edir, gələcək işlərində onlara uğurlar arzulayırıq.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.