AMEA-da magistrlik dissertasiyalarının müdafiəsi yekunlaşıb
İyn 21 , 2021 | 10:36 / Mühüm hadisələr
Oxunma ( 1435 )

Məlum olduğu kimi, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 17 may 2021-ci il tarixli “AMEA-nın magistraturasında yay imtahan sessiyasının və magistrlik dissertasiyalarının müdafiəsinin təşkili haqqında” sərəncamına əsasən dissertasiya işlərinin müdafiəsi 2021-ci il may ayının 25-dən iyun ayının 20-dək nəzərdə tutulub. Müvafiq ixtisaslar üzrə yaradılmış 26 ixtisaslaşdırılmış şurada 22 ixtisas üzrə 119 magistrant dissertasiya işini müdafiə edib.

Qeyd edək ki, müəyyən olunmuş qrafikə əsasən magistr dissertasiyalarının müdafiəsi AMEA-nın Fizika, İdarəetmə Sistemləri, Riyaziyyat və Mexanika, İnformasiya Texnologiyaları, akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri, akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya, Geologiya və Geofizika, Neft və Qaz, akademik H.Əliyev adına Coğrafiya, Botanika, Fiziologiya, Molekulyar Biologiya və Biotexnologiyalar, Torpaqşünaslıq və Aqrokimya, Genetik Ehtiyatlar, Dilçilik, Tarix, Arxeologiya və Etnoqrafiya, Fəlsəfə və Sosiologiya, İqtisadiyyat institutlarında keçirilib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.