AMEA Aşqarlar Kimyası İnstitutunun elmi layihəsi AR Prezidenti yanında Elmin İnkişaf Fondunun qrant müsabiqəsinin qalibi olub
Yan 30 , 2021 | 10:26 / Elmi müsabiqələr
Oxunma ( 941 )

Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən elan olunmuş “Elmi-tədqiqat layihələri üzrə əsas qrant müsabiqəsi”nin nəticələri açıqlanıb. Qaliblər sırasında Azərbaycan Milli Elmlər Akademiyası akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini, k.e.d., dosent Əfsun Sucayevin layihəsi də vardır. Onun rəhbərliyi ilə həyata keçiriləcək "Patoloji hallara qarşı daha təsirli bioloji aktiv maddələrin sintezi, kimyəvi modifikasiyası, molekulyar dokinqi, bioloji fəallığının kompüter tədqiqi və tətbiq sahələrinin müəyyənləşdirilməsi" layihəsinin icrasına 01.04-2021-ci il tarixdən başlanacaq və 01.04-2022-ci il tarixdə yekunlaşacaq. Layihə çərçivəsində Türkiyənin Bartin Universitetinə elmi ezamiyyət nəzərdə tutulub. Bu çərçivədə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulmuşdur.

Məlumat üçün bildirə ki,Elmi-tədqiqat layihələri üzrə əsas qrant müsabiqəsi üzrə 16 qalib layihə müəyyənləşdirilmişdir.

Multidissiplinar və tətbiqi xarakterli tədqiqatlara, müxtəlif akademik və təhsil qurumlarından, sahə elmi-tədqiqat institutlarından olan alim və mütəxəssislər tərəfindən yerinə yetirilməsi planlaşdırılan elmi-tədqiqat mövzuları üzrə təqdim olunmuş layihələrə elmi ekspertizanın nəticələri əsasında seçim zamanı üstünlük verilmişdir.

Müsabiqə üzrə qalib layihələr AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu, Fizika İnstitutu, akad.M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu, Genetik Ehtiyatlar institutu, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Biofizika İnstitutu, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Bakı Dövlət Universiteti, ADA Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Milli Aviasiya Akademiyası, Azərbaycan Texniki Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu, Milli Nüvə Tədqiqat Mərkəzində yerinə yetiriləcəkdir. Qalib layihələrin hamısı fundamental-tətbiqi xarakterlidir.

8 layihə fizika-riyaziyyat və texnika elmləri üzrə, 3 layihə kimya elmləri üzrə, 1 layihə yer haqqında elmlər üzrə, 3 layihə biologiya, tibb və aqrar elmləri üzrə və 1 layihə humanitar və ictimai elmləri elmləri üzrə qalib olmuşdur. Qalib layihə rəhbərlərindən 3-ü qadındır.

Qalib layihələr 2021-ci ildən başlayaraq maliyyələşdiriləcəkdir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.