Fotos
Botanika İnstitutunun aliminin Beynəlxalq Biologiya Olimpiadasında uğurlu fəaliyyəti
İyl 26 , 2021 | 04:01 / Elmi müsabiqələr
Oxunma ( 111 )

Azərbaycanda elm və təhsilin vəhdəti sahəsində son illərdəki uğurlu fəaliyyət özünü məktəblilərimizin beynəlxalq fənn olimpiadalarında uğur qazanmasında da göstərir.

Beynəlxalq Biologiya Olimpiadasının Azərbaycan üzrə əlaqələndiricisi, AMEA-nın Botanika İnstitutunun şöbə müdiri, dosent Rəşad Səlimov olimpiadaya hazırlıq prosesi və tərəfdaş qurumların fəaliyyəti cari ildə təşkil olunan 32-ci Beynəlxalq Biologiya Olimpiadasında iştirakı barədə məlumat verib. O, bildirib ki, millikomandamızın bilik yarışına nəzəri və praktik hazırlığında Botanika İnstitutu da töhfə verib.

Qeyd edək ki, 18-23 iyul 2021-ci il tarixlərində Portuqaliya tərəfindən onlayn şəkildə təşkil edilən və 76 ölkədən 296 şagirdin iştirak etdiyi elm yarışında Rəşad Səlimovun rəhbərliyi, alim və mütəxəssislərin elmi dəstəyi ilə məktəblilərimiz uğurlu nəticə göstərib.

Beləki, Azərbaycan məktəbliləri Beynəlxalq Biologiya Olimpiadasında ölkəmizi təmsil edən 4 məktəblimiz 2 qızıl və 2 bürünc medala layiq görülüb. 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.