Gənc alimlərdən şəhid ailələri və qazilərə bayram sovqatı
İyl 28 , 2021 | 12:00 /
Oxunma ( 1873 )

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü və təşkilatçılığı ilə şəhid ailələri və qazilərə sovqat paylanıb. Gənc alimlər şəhid və qazi ailələrinə baş çəkib, gətirdikləri  sovqat ilə onları sevindiriblər. 44 günlük vətən müharibəsi ərzində, öz qanı və canı bahasına Vətən torpağının müdafiəsinə qalxanlar, onların ailələri hər zaman  xüsusi diqqət və qayğıyla əhatə olunmalıdır. Şəhid ailələri və qazilərə qayğı dövlət siyasətinin əsas prioriteti olmaqla yanaşı onların qayğısına qalmaq hamımızın borcudur.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.