AMEA-nın magistraturasını bu il 74 məzun fərqlənmə diplomu ilə bitirib
İyl 29 , 2021 | 09:08 /
Oxunma ( 1179 )

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) dünya elminin tələblərinə cavab verən, multidisiplinar tədqiqatlarla məşğul olan magistrantları 2020-2021-ci tədris ilində də uğurlu nəticələr əldə ediblər.

AMEA-dan bildirilib ki, cari ildə ümumilikdə 119 nəfər AMEA-nın magistraturasından məzun olub. Məzunlardan 74-ü magistraturanı fərqlənmə diplomu ilə bitirib.

2020-2021-ci tədris ilində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun magistrantları Tünzalə İsmayılova və Xəyal Əsgərli, həmçinin akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun magistrantı Emin Əliyev magistraturanı ən yüksək göstərici ilə – 99 balla bitiriblər.

Xatırladaq ki, hər il Dövlət İmtahan Mərkəzinin keçirdiyi magistraturaya qəbul imtahanlarında ölkənin yüksək intellektli, savadlı, bilikli gəncləri yeni, müasir ixtisaslar üzrə – antropologiya, molekulyar biologiya, informasiya mühafizəsi və təhlükəsizliyi və s. kimi prioritet istiqamətlər üzrə yüksək ballarla AMEA-nın magistraturasına qəbul olunurlar.

Akademiyanın magistraturasını uğurla bitirən məzunlar dünyanın bir çox nüfuzlu elmi və ali təhsil müəssisələrində doktorantura təhsillərini davam etdirərək ölkəmizi layiqincə təmsil edirlər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.