Azərbaycanın gənclər və idman naziri təyin olundu
Sen 08 , 2021 | 04:59 / Mühüm hadisələr
Oxunma ( 1400 )

Azərbaycanın gənclər və idman naziri təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Fərid Fazil oğlu Qayıbov Azərbaycanın gənclər və idman naziri təyin edilib.

Məlumat üçün bildirək ki,  bu təyinata qədər F. Qayıbov Azərbaycan Gimnastika Federasiyasının (AGF) Baş Katibi vəzifəsini icra edib.

Xatırladaq ki, sabiq gənclər və idman naziri Azad Rəhimov bu ilin aprelində 56 yaşında ağciyər xərçəngi və qaraciyər serrozundan vəfat edib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.