Fotos
Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 27 sentyabr “Anım günü” nə həsr edilmiş tədbir keçirilib
Sen 27 , 2021 | 03:00 / Mühüm hadisələr
Oxunma ( 923 )

27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Bu gün AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda  məhz 27 sentyabr - Anım gününə həsr edilən tədbir keçirilib. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən 44 günlük - İkinci Qarabağ müharibəsinə həsr edilən tədbirin əvvəlində vətən müharibəsi şəhidlərimizin  ruhu bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında 30 illik işğala son qoyulduğunu, torpaqlarımızın erməni işğalçılarından azad edildiyini qeyd edib. Qəhrəman ordumuz məhz 44 günlük haqq savaşı ilə qələbə sevincini bizə yaşatdı və xalqımızın 30 illik torpaq həsrəti başa çatdı. Birinci Qarabağ müharibəsində Kəlbəcər uğrunda döyüşlərdə iştirak edən müəssisə rəhbərinin köməkçisi Ərşad Cəlilov vurğulayıb ki, Azərbaycan xalqı bir yumruq kimi birləşərək, bütövlükdə xalqımız birlik və həmrəylik nümayiş etdirərək düşmənə zərbələr endirib. Tədbirdə  a.e.d.Vilayət Həsənov, a.e.d Mustafa Mustafayev, a.e.ü.f.d. Əminə Axunova çıxış edərək qeyd ediblər ki, işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur. Birinci və ikinci Qarabağ döyüşlərində bir sıra İnstitut əməkdaşları və onların ailə üzvləri iştirak edib. Tədbirdə daha sonra İkinci Qarabağ müharibəsində iştirak edən Sevda Məmmədovanın oğlu Emin Məmmədov, İkinci Qarabağ müharibəsində oğlu iştirak edən İlqar Həsənov, Birinci Qarabağ müharibəsi şəhidi valideyni Hafizə Aslanova çıxış edərək bildirdilər ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edirik və qürur duyuruq. Qeyd edək ki,tədbir sonrası II Vətən müharibəsi şəhidlərinin məzarları İnstitutut rəhbərliyi və əməkdaşları  tərəfindən ziyarət edilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.