AMEA Botanika İnstitutunda 27 sentyabr - Anım Günü qeyd olunub
Sen 27 , 2021 | 02:00 / Mühüm hadisələr
Oxunma ( 916 )

AMEA-nın Botanika İnstitutunda 27 sentyabr - Anım Gününə həsr olunan  tədbir keçirilib.

Bu gün Botanika İnstitutunda 27 sentyabr Anım Gününə həsr olunmuş onlayın iclas keçirilib. Əvvəlcə vətənimizin azadlığı uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İnstitutun direktoru, akademik Validə Əlizadə iclası aşıq elan edərək çıxışında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsində canlarını fəda etmiş bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcəyini vurğulayıb. Akademik Müzəffər Ali baş Komandanımızın rəhbərliyi altında 44 günlük Vətən müharibəsi dövründə bütün Azərbaycan xalqı ordumuzun ətrafında yumuruq kimi birləşdiyini və müzəffər ordumuz sayəsində işğal altında olan torpaqlarımızın günbəgün azad olunduğunu qeyd edib. Bildirib ki, böyük qələbənin qazanılması naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim ehtiramla anılacaq.

         İnstitutun Elmi işlər üzrə direktor müavini, b.e.d., professor Eldar Novruzov qeyd edib ki, 27 sentyabr 2020-ci il şanlı ordumuzun erməni işğalçılarına qarşı başladığı əks hücum əməliyyatı 44 gündən sonra  Azərbaycanın qələbəsi ilə başa çatdı. 44 günlük vətən müharibəsi xeyirin şər üzərində qələbəsi, tarixi ədalətin təntənəsi, Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsidir.

         Daha sonra İnstitutun ümumi işlər üzrə direktor muavini, YAP təşkilatının sədri İmran Babayev, institutunun əməkdaları, b.e.d. Dilzarə Ağayeva, b.e.d. Naibə Mehdiyeva, b.e.d. Lətafət Mustafayeva, b.ü.f.d. dos., Arzu Hüseynova, b.ü.f.d. dos., Rəsad Səlimov, doktorant Aida İbrahimova və GAMŞ-nın sədri, b.ü.e.d. Lamiyə Abbasova məruzə ilə çıxış edərək 44 günlük müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi səfərbərlikdən, qəhrəman igidlərimizin müharibə dövründə göstərdikləri şücaətdən danışıb, torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında qəhrəmanlıq göstərərək canını vətən üçün qurban vermiş şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

         Tədbir müharibəyə həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatıb.

Sonda Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər şurasının üzvləri   İkinci Şəhidlər xiyabanını ziyarət edərək torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə gül duzublər. Həmçinin gənclər  möhtəşəm qələbəmizin rəmzi olan “Hərbi Qənimətlər Parkı”nı da ziyarət ediblər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.