Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda "27 sentyabr - Anım Günü" qeyd edilib
Sen 28 , 2021 | 11:18 / Mühüm hadisələr
Oxunma ( 1475 )

Dünyanın bütün yerlərində yaşayan və faliyyət göstərən soydaşlarımız tərəfindən 27 sentyabr tarixi “Anım günü” kimi qeyd edilir, ikinci Qarabağ savaşında canından və qanından keçən müqəddəs şəhidlərimizin ruhu ehtiramla yad edilir. Silsilə tədbirlərdən biri Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda faliyyət göstərən soydaşlarımız tərəfində keçirilmişdir. Tədbir vətən torpağı uğrunda şəhid olan igid oğul və qızlarımızın əziz xatirəsi yad etməklə başlanmışdır. Giriş sözü ilə institutun əməkdaşı Mirzəyev Mətləb açaraq vətən müharibəsi dövründə xalqımızın Alı Baş komandan ətrafında sıx birləşərək doğma torpaqlarımızı erməni silahlı qüvvələrindən azad olunması üçün savaşa başladığını, Azərbaycan zabit və əsgərlərinin qəhrəmanlığından bəhs etmişdir. Tədbir iştirakçıları Azad Əhmədov, Fuad Əliyev, Səbuhi Nuriyev, Ramil Əkbərov, Rafael İsayev, Asif Nəbiyev, Faiq Əhmədov, Asif Əsədov, Elmar Əsgərov və Çex Respublikasınının Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda çalışan əməkdaşı, soydaşımız Fadahat Mamedov Azərbaycan əsgər və zabitinin qəhrəmanlıq və şücayətindən geniş söhbət açmışdır. Həmçinin təşkil olunmuş mükəmməl əməliyyat planlılarından, unikal Şuşa əməliyyatın haqqında fikirlərini bildirmişdir. Sonda uca tanrıdan şəhidlərimizin ruhuna dərin ehtiramlarını, qazilərimizə tezliklə sağlamlığlarına qovuşmaları arzu olunmuşdur.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.