AMEA Aşqarlar Kimyası İnstitutunun alimi video formatda keçirilən Beynəlxalq Konfransda iştirak edib
Sen 12 , 2021 | 12:00 / Elmi müsabiqələr
Oxunma ( 1667 )

10-12 sentyabr  2021-ci il tarixində Türkiyənin Ərzurum şəhərində Atatürk Universitetinin təşkilatçılığı ilə onlayn formatda Təbiət elmləri üzrə 1-ci Beynəlxalq Konqress (ICNAS-2021) və Fundamental və tətbiqi elmlərin son nailiyyətləri üzrə 1-ci Beynəlxalq Simpozium (ISFAS-2021) keçirilmişdir. AMEA Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru, dosent Əfsun Sucayev konfransda iştirak etmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Elmi-tədqiqat layihələri üzrə əsas qrant müsabiqəsinin (EİF-ETL-2020-2(36)) qalibi olmuş "Patoloji hallara qarşı daha təsirli bioloji aktiv maddələrin sintezi, kimyəvi modifikasiyası, molekulyar dokinqi, bioloji fəallığının kompüter tədqiqi və tətbiq sahələrinin müəyyənləşdirilməsi" layihəsi çərçivəsində əldə etdiyi elmi nəticələrlə bağlı məruzələrlə çıxış etmişdir.

 

 
 
müxtəlif mövzularda məruzələrlə  çıxış etmiş və sertifikata layiq görülmüşlər.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.