Fotos
AMEA Radiasiya Problemləri İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasına yeni sədr seçilib
Okt 08 , 2021 | 04:06 / Mühüm hadisələr
Oxunma ( 1445 )

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının yeni tərkibinin yaradılması ilə əlaqədar iclas keçirilib.

İclasda əvvəlcə Radiasiya Problemləri İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev çıxış edərək elmdə gəncliyin rolundan danışıb, gənclərin daha aktiv fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.

Daha sonra çıxış edən AMEA Gənc Alim və Mütəxəsslər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov Şuranın fəaliyyəti ilə bağlı iştirakçılara məlumat verib.

İclasın sonunda AMEA Radiasiya Problemləri İnstitutunun Gənc Alim və Mütəxəssilər Şurasının 11 nəfərdən ibarət yeni tərkibi müəyyən olunub. Səsvermənin nəticəsinə əsasən fizika üzrə fəlsəfə doktoru Günel İmanova RPİ Gənc Alim və Mütəxəssislər Şurasının yeni sədri seçilib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.