Okt 18 , 2021 | 01:44 / Mühüm hadisələr
AMEA-nın Aşqarlar Kimyası İnstitutunda dünya elmində ən müasir və aktual tədqiqatlardan sayılan “Molekulyar dokinq” mövzusunda elmi seminar keçirilib.
Tədbirdə çıxış edən institutun icraçı direktoru, k.e.d., dosent Əfsun Sucayev bildirib ki, beynəlxalq əməkdaşlıq çərçivəsində elmi tədqiqatlar Türkiyənin Sinop, Mərmərə və Bartin universitetlərindən olan aparıcı alimlərlə müştərək yerinə yetirilib. O, sözügedən tədqiqatların Azərbaycanda ilk dəfə aparıldığını vurğulayıb. “Gənc tədqiqatçılarımızın apardıqları bu tədqiqatlardan alınan nəticələr çox nüfuzlu xarici jurnallarda məqalə şəklində dərc olunub və onlara qısa müddətdə çoxlu istinadlar edilib”, - deyə Ə.Sucayev fikirlərinə əlavə edib.
Sonra institutun kiçik elmi işçisi Mənsurə Hüseynovanın məruzəsi dinlənilib. O, laboratoriya şəraitində sintez etdiyi yeni inhibitorlar kimi metal komplekslərin quruluşunun müfəssəl rentgen tədqiqatları, onların patoloji proseslərə qarşı enzimizoenzim inhibitorların bioloji fəallıqları haqqında moleseminar iştirakçılarının suallarını cavablandırıb.
Sonda məruzə ətrafında geniş müzakirələr aparılıb.