Fotos
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda açıq qapı keçirilib
Okt 21 , 2021 | 05:21 / Mühüm hadisələr
Oxunma ( 1738 )

Oktyabrın 21-i AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda gənclərin elmi potensialının yüksəldilməsi məqsədi ilə açıq qapı keçirilib. Karantin qaydalarına ciddi şəkildə əməl olunaraq, COVID-19 pasportu yoxlanılaraq təşkil olunan açıq qapıda Azərbaycan Pedaqoji Universitetinin Tarix və Coğrafiya fakültəsinin “Coğrafiya” ixtisasının IV kurs tələbələri iştirak ediblər. Fakültənin müəllimi Mehmanə Sadiqin rəhbərliyi ilə tələbələr İnstitutun kitabxanası, Torpaq muzeyi və bəzi laboratoriyalar  ilə tanış olublar. İnstitutun aparıcı elmi işçisi b.ü.f.d. Könül Qafarbəyli, a.e.ü.f.d. dosent Zaman Məmmədov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev gənclərə İnstitutun tarixindən və Torpaqşünaslıq elminin əhəmiyyətindən danışıb, tələbələrə tövsiyyələr verərək onların suallarını cavablandırıblar. İnstitutunun elmi işçisi  Könül Əliyeva və kiçik elmi işçisi Nuranə Yüzbaşova tərəfindən  tələbələrə təcrübə nümunələri göstərilərək geniş məlumat verilib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.