AMEA Coğrafiya İnstitutunun əməkdaşı məktəblilərlə görüşüb
Okt 26 , 2021 | 01:00 / Mühüm hadisələr
Oxunma ( 823 )

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin böyük elmi işçisi, c.ü.f.d. Etibar Bədəlov institutun himayəsində olan Suraxanı rayonunun Bülbülə qəsəbəsinin 232 saylı məktəbində qonaq olub.

Mütəmadi olaraq məktəblilərlə görüşən elmi işçi bu dəfə “Sağlam nəsil, sağlam cəmiyyət deməkdir!” mövzusunda keçirilən dəyirmi masada iştirak edib. E.Bədəlov məktəbdə fəaliyyət göstərən kiçik akademiyanın işləri ilə yaxından tanış olub, tədqiqat işləri ilə əlaqədar şagirdlərə dəyərli tövsiyələr verib. Dəyirmi masada demoqrafiya mövzusunda məruzə ilə çıxış edən alim Qarabağın əhalisi haqqında maraqlı faktlar söyləyib, son 2 ildə davam edən pandemiya şəraitində ölkədə və dünyada hökm sürən etnodemoqrafik vəziyyət haqqında gənclərə geniş məlumat verib, müharibədən əvvəl və sonrakı dövrdə Qarabağda gedən demoqrafik proseslərdən bəhs edib, Bülbülə qəsəbəsində salınmış “Şuşa şəhərciyi”nin  sakinləri ilə olan görüşlərindən söhbət açıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.