AMEA institut və təşkilatlarının Gənc Alim və Mütəxəssislər şuralarının tərkibindən 35 yaşdan yuxarı olan bütün üzvlər çıxarılacaq
Noy 05 , 2021 | 09:00 /
Oxunma ( 1406 )

"Gənclər siyasəti haqqında" Azərbaycan Respublikası Qanununun 9-1.2. bəndinə əsasən Gənclər təşkilatları üzvlərinin həmin təşkilatlarda üzvlüyünə onların 35 yaşı tamam olduğu andan xitam verilməlidir. Bunu nazara alaraq, AMEA-nin elmi müəssisə və təşkilatlarında yaradılmış Gənc Alim və Mütəxəssislər ŞuraIarının tərkibinin "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikası Qanunun 9-1.2 bəndinə uyğun formalaşdırılması zəruri hesab edilir. Bununla əlaqədar AMEA elmi bölmələrinə, elmi müəssisə və təşkilatlarına və Gənc Alim və Mütəxəssislər Şurasına tapşırılıq verilib ki, yeni formalaşdırılacaq yerli şuraların tərkibi haqqında məlumatların (üzvlərin şəxsiyyət vəsiqələrinin surəti əlavə olunmaqla 20 noyabr 2021-ci il tarixinə qədər AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat İdarəsinə təqdim olunması xahiş edilir.

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.