“Elmdə Zəfər mükafatı-2021” müsabiqəsinə yekun vurulub
Noy 10 , 2021 | 04:02 / Elmi müsabiqələr
Oxunma ( 67 )
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) Böyük Zəfər Günü və Dünya Elm Günü ilə əlaqədar təşkil etdiyi və keçirdiyi “Elmdə Zəfər mükafatı-2021” müsabiqəsinin nəticələrinə yekun vurulub.
Müsabiqəyə 2021-ci ilin oktyabr ayında start verilib. Müsabiqəyə daxil olan elmi işlərin ekspertizası oktyabrın 12-dən noyabrın 05-dək aparılıb. Ekspertlər daxil olan işlərinin yüksək elmi səviyyəsini qeyd ediblər.
Müsabiqənin qaliblərini təbrik edir, onlara elmi fəaliyyətlərində uğurlar arzulayırıq!

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.