Fotos
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda tələbələrlə görüş keçirilib
Noy 12 , 2021 | 05:00 / Mühüm hadisələr
Oxunma ( 1420 )

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Coğrafiya fakültəsinin, həmçinin Qərbi Kaspi Universitetinin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbinin “Meşəçilik” ixtisasının tələbələri üçün “Açıq qapı” günü keçirilib.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə baş tutan tədbirin məqsədi gənclərin elmi potensialının yüksəldilməsi olub. Tələbələr ziyarət çərçivəsində müəssisənin kitabxanası, Torpaq muzeyi və laboratoriyaları ilə tanış olublar. İnstitutun böyük elmi işçisi, a.ü.f.d. Vüqar Cəfərov və elmi işçisi Könül Əliyeva gənclərə görülən işlər haqqında məlumat verərək, onları təcrübə nümunələri ilə tanış ediblər.

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev isə tələbələrlə görüşərək onlara torpaqşünaslıq elminin əhəmiyyəti və qurumda aparılan ən son elmi-tədqiqat işləri haqqında məlumat verib.

“Açıq qapı” zamanı tələbələrə kitablar hədiyyə edilib, tövsiyələr verilib və onların sualları cavablandırılıb.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.