Noy 17 , 2021 | 03:50 / Mühüm hadisələr
AMEA Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan müəssisənin baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva gündəlikdə duran məsələlərlə gəncləri tanış edib. S.İbadullayeva qeyd edib ki, Botanika İnstitutunda yaradılmış Gənc Alim və Mütəxəssislər Şurasının tərkibinin "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikası Qanunun 9-1.2 bəndinə uyğun formalaşdırılması zəruridir.
İclasda Botanika İnstitutuun GAMŞ-nın tərkibinin sözügedən sənədə uyğun İdarə Heyətinin 17 nəfərdən ibarət yeni tərkibi təsdiq edilib. Səsvermə yolu ilə müəssisənin elmi işçiləri Aydan Zeynalova sədr, Nigar Mürsəl qızı sədr müavini və Emin Hüsüyev elmi katibi seçilib. Sonra şuranın yeni sədri A.Zeynalova iclas iştirakçılarına şuranın məqsədi, vəzifələri, fəaliyyət istiqamətləri və s. ilə bağlı geniş məlumat verib, bu istiqamətdə müzakirələr aparılıb, suallar cavablandırılıb. Sonda üzvlər şuranın gələcək fəaliyyəti ilə bağlı təklif və tövsiyyələrini verib.