AMEA Aşqarlar Kimyası İnstitutunun gənc alimi beynəlxalq onlayn elmi seminarda məruzə edib
Noy 19 , 2021 | 06:00 / Mühüm hadisələr
Oxunma ( 1442 )

19 noyabr 2021-ci il tarixində Türkiyənin Dokuz Eylül Universiteti (DEU) və AMEA-nın birgə təşkilatçılığı ilə ikitərəfli beynəlxalq onlayn elmi seminar keçirilib. “Zoom” platforması üzərindən baş tutan tədbirdə AMEA Aşqarlar Kimyası İnstitutunu “Fizioloji fəal üzvi birləşmələr” laboratoriyasının aparıcı elmi işçisi, k.ü.f.d. Sevinc Qocayeva təmsil etmişdir. O, içraçısı olduğu Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Elmi-tədqiqat layihələri üzrə əsas qrant müsabiqəsinin (EİF-ETL-2020-2(36)) qalibi olmuş “Patoloji hallara qarşı daha təsirli bioloji aktiv maddələrin sintezi, kimyəvi modifikasiyası, molekulyar dokinqi, bioloji fəallığının kompüter tədqiqi və tətbiq sahələrinin müəyyənləşdirilməsi” layihəsi çərçivəsində həyata keçirilən elmi tədqiqatların əsas nəticələrindən bəhs edən “Fizioloji fəal maddələrin sintezində və tədqiqində yeni yanaşmalar” mövzusunda ingilis dilində məruzə etmiş, seminar iştirakçılarının suallarını cavablandırmışdır.

Tədbirdə biologiya, kimya, fizika, riyaziyyat, kompüter elmləri sahələrinin hər biri üzrə 2 məruzə AMEA-dan, 2 məruzə DEU-dan olmaqla 4 məruzə, ümumilikdə 20 məruzə dinlənilib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.