AMEA Botanika İnstitutunun alimləri Ümumrusiya Gənclərin Elmi-Praktiki Konfransında iştirak ediblər
Dek 09 , 2021 | 10:29 / Mühüm hadisələr
Oxunma ( 1184 )

Başqırdıstan Dövlət Universiteti və Dövlət Qoruğunun təşkilatçılığı ilə “Mühafizə olunan ərazilərdə biomüxtəlifliyin qorunmasının aktual problemləri” adlı Ümumrusiya Gənclərin Elmi-Praktiki Məktəb-Konfransı keçirilib. Konfrans biomüxtəlifliyi qorumağın nəzəri və praktiki əsasları, nadir növlərin tədqiqi, təbiət qoruqlarının inkişafı perspektivləri, biomüxtəlifliyin qorunması sahəsində mütəxəssislərin hazırlanması, təcrübə mübadiləsi və s. kimi mövzulara həsr olunub.

Onlayn formatda keçirilən tədbirdə dinləyicilərə Rusiya Federasiyası, Azərbaycan, Belarusiya və Türkmənistan Respublikalarından bitki müxtəlifliyinin qorunması istiqamətində fəaliyyət göstərən aparıcı ekspertlər və alimlər tərəfindən mühazirələr oxunub. AMEA Botanika İnstitutunun Ekosistemlərin fitososiologiyası şöbəsinin müdiri, b.ü.e.d., dossent Naibə Mehdiyeva “Современные подходы к исследованию популяций редких видов растений” elmi işçiləri Nigar Mürsəl “Modern approachs to the investigations of rare species in Azerbaijan” və Şəbnəm İsayeva “Особенности растительности грязевых вулканов Азербайджана”, Toxum Bankı sektorunun müdiri Aida İbrahimova “Ex situ сохранение и устойчивое использование растительного разнообразия Азербайджана” adlı mövzularla konfransda məruzə ediblər. Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb, geniş müzakirə aparılıb. Sonda iştirakçılar sertifikata layiq görülüblər.

 https://bashedu.ru/novosti/na-biologicheskom-fakultete-bashgu-proshla-molodezhnaya-nauchno-prakticheskaya-shkola-konferenciya

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.