Fotos
AMEA-nın gənc alim və mütəxəssisləri Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Dek 13 , 2021 | 04:42 / Mühüm hadisələr
Oxunma ( 1740 )

Dekabrın 12-də AMEA Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar məzarını ziyarət ediblər. Gənc alimlər Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq ulu öndərin məzarı üzərinə tər gül dəstələri qoyub, onun ruhu qarşısında baş əyiblər.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.